Ofis və iş mühitlərinin planlanması
Restoran, kafe və mağazalar üçün fərdi dizayn həlləri
Avanqard üslub
Cəsarətli formalar, parlaq rənglər və qeyri-adi dizayn elementləri ilə fərqlilik axtaranlar üçün. Yaradıcı və bənzərsiz atmosfer yaradır.
Modern üslub
Sadəlik, təmizlik və funksionallığın mükəmməl vəhdəti. Neytral tonlar, təbii materiallar və texnoloji detallarla tərtib olunur.
Klassik üslub
Zamanı keçməyən zəriflik və dəbdəbə. Taxta mebellər, sütunlar, naxışlar və simmetrik planlama ilə zəngin görüntü təmin edir.
Neo-klassik üslub
Klassik üslubun müasir interpretasiyası. Zərif dekorativ elementlər və yumşaq rəng palitrası ilə həm elegan, həm də modern ab-hava yaradılır.
Minimalist-modern
Minimalizmin sakitliyi ilə modern üslubun funksionallığının birləşməsi. Rahatlıq və aydınlıq ön plandadır.
Soft loft
Loft üslubunun daha yumşaq, ev şəraitinə uyğunlaşdırılmış versiyası. Kərpic və beton elementləri yumşaq tekstillərlə balanslaşdırır.
Japandi (Yapon–Skandinaviya) üslubu
Yapon sadəliyi ilə Skandinaviya rahatlığının birləşməsi. Təbii materiallar, torpaq tonları və funksional mebel istifadə olunur.
Luxury (lüks) üslub
Mərmər, aynalar, qızılı və metal detallar. Hər detalda dəbdəbə və incəlik ön plandadır. Ən çox premium interyerlərdə tətbiq olunur.